N.Hauq Brawn GP-yə inanır

Mercedes Motorsport-un başçısı Norbert Hauq bildirib ki, əgər yeni Brawn Grand Prix komandası yeni mövsümdə uğur qazanarsa, o heç də […]

Mercedes Motorsport-un başçısı Norbert Hauq bildirib ki, əgər yeni Brawn Grand Prix komandası yeni mövsümdə uğur qazanarsa, o heç də təccüblənməyəcək. Son günlərə kimi keçmiş Honda Racing komandasının gələcək taleyi sual altında idi, amma artıq yeni komanda rəhbərliyi müəyyən eidlib, heyəti təsdiq olunub və hətta dünən Barselonada ilk test günündə Mercedes motoru quraşdırılmış BGP01 maşını pis nəticə göstərməyib: Censon Batton günü dördüncü yerdə başa vurub.

N.Hauq: “Məncə, Ross Braun və Nik Frayın başçılığı altında işləyənlər pis çalışmayıblar. Brəklidə yaxşı maşın qurmaq üçün əla şərait var, Ross isə artıq bir neçə dəfə sübut edib ki, adi komandanı rəqabətədavamlı səviyyəyə qaldıra bilir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*