Nəhayət ki, Enea Bastyanini qayıdır

İlk beş yarışda komandasına kömək edə bilməyən Enea Bastyanini nəhayət ki, vətənindəki yarışda sükan arxasına qayıdır.

F-1.az xatırladır ki, Ducati komandasının sürücüsü mövsümün ilk yarışı Portuqaliyada rəqibi Luka Marini ilə təmas yaşamış və körpücük sümüyü zədələnmişdi. Enea zədəyə görə Argentina və ABŞ yarışlarını buraxmış və Xeresdə geriyə qayıtmağa çalışmışdı. Lakin sərbəst yürüşlərdən sonra özünü yaxşı hiss etməyərək, evinə qayıtmışdı. Lakin Enea təslim olmamış və Xeresdəki yarışdan sonra Mucelloya gələrək, Ducati Panigale VS4 S ilə məşqlər etmişdi.

İtaliyalı sürücü biraylıq hazırlıq prosesindən sonra axır ki, yarışlara qayıdır. O, bu gün İtaliyada tibbi müayinədən keçib və onun yarışmasına icazə verilib. Beləliklə, Bastyanini iki ay yarımdan sonra yenidən sükan arxasına keçəcək.

Bastyaninidən başqa bu gün RNF Aprilia komandasının sürücüləri Raul Fernandes və Migel Oliveyra tibbi müayinədən keçiblər. Qeyd edək ki, Migel İSpaniya yarışında Fabio Kuartararo ilə təmas yaşamış və zədələnmişdi. Portuqaliyalı sürücü buna görə Fransa Qran Prisinə qatıla bilməmişdi.

Raul Fernandes isə qol əzələrərindən əməliyyat olunmuş və o da komanda yoldaşı kimi Fransada yarışa bilməmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*