N.Rosberq: Ferstappen artıq əfsanədir

Sabiq Formula1 sürücüsü Niko Rosberq düşünür ki, Maks Ferstappen indidən Lyuis Həmilton, Mixael Şumaxer və Ayrton Senna ilə eyni səviyyədədir.

F-1.az xatırladır ki, son iki ilin Dünya Çempionu bu mövsümə də fırtına kimi başlayıb. Niderlandlı sürücü 7 yarışın beşində qalib gəlib və ən yaxın izləyicisi Serxio Peresdən 53 xal qabaqdadır.

Maks hazırda ardıcıl üçüncü tituluna yaxındır və bacarsa, bu uğura çatmış beşinci sürücü olacaq: Xuan Manuel Fanxio, Mixael Şumaxer, Sebastyan Fettel və Lyuis Həmilton.

Niko Rosberq: “Ferstappeni izləyərkən Şumaxer, Həmilton və Senna səviyyəsində tarixə şahidlik edirik. Bu doğrudan da inanılmaz performansdır. Əlçatmazdır.

Onun təqaüdə çıxacağı ilə bağlı dedi-qodular ilk olaraq Həmilton ilə mübarizə etdiyi il çıxdı. Bir neçə dəfə demişdi ki, hər il belə davam etsə, uzun illər yarışa bilmərəm.

Formula1-dəki mübarizə o qədər şiddətli və gərgindir ki, əyləncənin böyük hissəsini özü ilə aparır. Amma bu gərginlik həmişə olacaq. Xüsusilə titul uğrunda mübarizə aparırsınızsa… Hamı sizdən davamlı qələbələr gözləyəcək. Buna nəzarət etmək asan deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*