N.Hülkenberq məşqlərə başlayıb

Niko Hülkenberq Formula1-də yarışmaq üçün məşqləri artırıb.

F-1.az xatırladır ki, Haas komandası hələ də Maqnussenin yanında kimi yarışdıracağına qərar verməyib. Namizədlər arasında Niko Hülkenberq və Daniel Rikkardo da var.

Niko Hülkenberq: “Kim bilir? Bəlkə də gələn il Formula1-ə qayıtmaq üçün fürsətim olar. Buna görə də məşqləri artırmışam.

Artıq daha az səyahət edirəm və bütün yarışlara qatılmıram. Daha çox sponsorların qatıldığı yarışlara gedirəm. Buna görə də Amerika yarışında olacam. Bolid sürmədiyim üçün üzərimdə təzyiq az olur, amma yarışlar üçün darıxmışam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*