N.Hülkenberq eyforiyaya qapılmayacaq

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, mövsümə yaxşı başlasalar da, eyforiyaya qapılmayacaqlar.

F-1.az xatırladır ki, almaniyalı sürücü bu il artıq 22 xal toplaya bilib.

Niko Hülkenberq: “Hazırda özümü boliddə rahat hiss edirəm. Yeni mövsümə gözəl başladıq. Əvvəlki illərdəki təcrübələrimi düşünəndə bu il karyeramın ən gözəl performansını göstərirəm. İndiyə kimi hər şey qaydasındadır. Amma Formula1-də işlər 1 saniyə içində dəyişə bilər. Buna görə eyforiyaya qapılmaq olmaz. Daha çox işləyib mövsümü yaxşı yerdə bitirməliyik. Görək necə olur. Bolidimiz güclüdür və orta qrupdakı komandalar bir-birilərinə çox yaxındırlar. Çətin mövsüm olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*