Mütəxəssilər Cosworth motorlarından şübhələnirlər

Adrian Kampos Campos Meta komandasının heyətini hələ Valensiyada açıqlamağa hazırlaşırdı, amma bunu edə bilmədi. Britaniyanın Grandrix.com saytının naməlum mənbəyə istinadən […]

Adrian Kampos Campos Meta komandasının heyətini hələ Valensiyada açıqlamağa hazırlaşırdı, amma bunu edə bilmədi. Britaniyanın Grandrix.com saytının naməlum mənbəyə istinadən verdiyi məlumata görə, yeni komanda bu il McLaren-lə müqaviləsi başa çatan Pedro de la Rosanı dəvət etmək istəyir. Amma şayiələrə görə, təcrübəli ispan sürücü razılıq verməyə tələsmir, çünki Renault motorlarından istifadə etməsi planlaşdırılan Epsilon Euskadi komandasının çempionata buraxılmasına ümid edir.

Campos maşınlarında isə Cosworth motorları işləməlidir, mütəxəssislər bu motorların rəqabətədavamlılığına inanmırlar. Cosworth V8 motorları kifayət qədər çoxdan hazırlanıb, onlar müasir motorlardan həm ağırdırlar, həm də daha çox yanacaq sərf edirlər. Bəlkə də motor ustaları problemlərin bir hissəsini aradan qaldıracaqlar, amma mövsümün ortasından tez baş verməyəcək.

Gələn ildən yarışın gedişində yanacaqdoldurmalar ləğv olunacaq və ekspertlər hesab edirlər ki, Cosworth motorları qoyulmuş maşınların baklarında 18 litr yanacaq çox olmalıdır. Təbiidir ki, konstruktorlar bunu nəzərə almalıdırlar və daha böyük ölçülü baklar qoymalıdırlar, bu isə şassinin çəki paylanmasına və maşının idarə olunmasına təsir edəcək. Bundan əlavə ağır maşında təkərlər daha tez yeyiləcək. Mühəndislər artıq hesablayıblar ki, Cosworth motorlu maşınlar bir dövrədə 3-4 saniyə uduzacaqlar.

Deyilənlərə görə, Adrian kampos telekomunikasiya qiqantı olan Telefonica şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb, şirkət 2007-ci ilə kimi Renault komandası ilə işləyirdi. İspaniyanın ən böyük bankarlndan biri olan Banco Bilbao Vizcaya Argentaria (BBVA) bankı və supermarketlər şəbəkəsinə malik olan El Corte İngles korporasiyası da Campos Meta komandasının sponsorları siyahısındadır.

Grandprix.com yazır ki, Campos Meta komandasının ikinci maşınının sükanı arxasına hazırda Kamposun GP2-də keçmiş komandasında çıxış edən rusiyalı Vitaliy Petrov otura bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*