K.Sayns: Yarışı qazanacağıq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, yarışı qazanacaq templəri var.

F-1.az xatırladır ki, ispaniyalı sürücü poul üçün real namizəd olsa da, son cəhdində ikinci sektorda səhv edərək, fürsəti əldən verib və ikinciliyə razı olub.

Karlos Sayns: “Boliddə çox rahatam. Hər yarışda və sıralanma turlarında özümü yaxşı hiss edirəm. Bu gün poul almaq üçün tempim var idi.

Poul bizdən bəzi səhvlərə görə getdi. Corcu təbrik edirəm. Əla dövrə vurub. Sabah yarışı ikinci yerdən başlayaraq qazanacağıq. Tempimiz yaxşıdır. Həmişəki kimi start və təkərə nəzarət önəmli rol oynayacaq. Mercedes-in tempi müəmmalıdır. Görək nə olur. Həyəcanlı yarış olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*