S.Fettel: “V6 mühərriklər qarışıqdır”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel V6 mühərriklərin çox qarışıq olduğunu deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Soçidə güc qurğusu probleminə görə mübarizəni dayandırmış və radiodan V12 mühərriklərin qayıtmasını istəmişdi.

Sebastyan Fettel: “Güc qurğuları çox qarışıqdır. Düzdür, texniki cəhətdən inanılmazdırlar, amma hamı kimi mənim də fikirlərim var. Məncə, güc qurğularının azarkeşlər üçün faydası yoxdur. Əgər başqa bir seriyada V12 mühərriklər olsaydı, ora gedərdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*