M.Uitmarş: “Həmilton və komanda bir-birilərinə etibar edirlər”

Daily Mail qəzetinə müsahibəsində McLaren komandasının başçısı Martin Uitmarş Lyuis Həmiltonla müqaviləsinin uzadılmasının perspektivlərindən danışıb… Martin Uitmarş: “Lyuisi davamlı karyera […]

Daily Mail qəzetinə müsahibəsində McLaren komandasının başçısı Martin Uitmarş Lyuis Həmiltonla müqaviləsinin uzadılmasının perspektivlərindən danışıb…

Martin Uitmarş: “Lyuisi davamlı karyera gözləyir və o kifayət qədər ağıllıdır ki, başa düşsün ki, McLaren-dəki vəziyyət onun məqsədlərini reallaşdırmağa imkan verir.

O mənə qalmaq istədyini deyib, mən də dedim ki, onun qalmasını istəyirəm. Vaxt gələndə biz kağızları imzalamalıyıq, amma mən düşünürəm ki, mətbuat tərəfindən aşkar marağın olmasına baxmayaraq, müqavilə yaxın üç və ya altı ay ərzində imzalanmayacaq. Mən Lyuisə etibar edirəm və düşünürəm ki, Lyuis də mənə etibar edir.

Bu il biz çempionatda qələbəyə köklənmişik, gələn il də, beş ildən sonra da, on ildən sonra da bizim məqsədimiz eyni olacaq, yarışlar bizim biznesdir. Məncə, eyni sözləri Ferrari də deyə bilər, amma digər komandaların çoxu xalq istehlak mallarının istehsalı və ya satışı ilə məşğul olan şirkətlər tərəfindən dəstəklənirlər. Mən onları tənqid etmirəm, sadəcə onlar Formula1-də uzunmüddətli gələcəklərini təmin edə bilərlərmi?

Mövsümöncəsi testlərdə bizim maşınımız rəqabətədavamlı deyildi, biz təsəvvür edə bilməzdik ki, artıq mövsümün üçüncü yarışında qələbə qazana bilərik, amma komanda işini davam edirdi, qarşıya qoyduğu məqsədə irəliləyirdi və Çində biz trası başucalığı ilə tərk elədik. Mövsümdə ilk qələbəni həmişə səbirsizliklə gözləyirsiniz, amma biz titul qazanmayınca rahatlaşmayacyıq. Hələlik Red Bull maşınları çox sürətlidirlər, amma Çində onları üstələdik və gələcəkdə də qalib gəlməyə çalışacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*