FİA virtual təhlükəsizlik maşını prosedurunu dəqiqləşdirib

Bir ay əvvəl FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında 2015-ci il mövsümündə texniki reqlamentə dəyişikliklər təsdiq olunmuşdu – əsas dəyişikliklərdən […]

Bir ay əvvəl FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında 2015-ci il mövsümündə texniki reqlamentə dəyişikliklər təsdiq olunmuşdu – əsas dəyişikliklərdən biri də trasda virtual təhlükəsizlik maşını rejiminin tətbiq olunmasıdır.

Texniki reqlamentin 41-ci maddəsində deyilir ki, virtual təhlüksəzilik maşını (VTM) yarış direktorunun qərarı ilə bəzi hallarda tətbiq oluna bilər: əgər trasın müəyyən bir hissəsində qoşa sarı bayraqlar dalğalanırsa, sürücülərin və ya marşalların həyatına təhlükə varsa, amma vəziyyət adi təhlükəsizlik maşınının trasa buraxılmasını tələb etmirsə.

VTM-in trasda tətbiqi zamanı FİA-nın siqnal sistemində “VSC” yazısı işıqlandırılır – onun əhatə dairəsində bütün sürücülər sürətlərini azaltmalıdırlar, amma sektorun qət edilməsi müddəti ECU bloku tərəfindən göstərilən müddətdən az olmamaldır. Əgər bu qayda pozularsa, stüardlar sürücüləri İdman reqlamentinin 16.3 maddəsi ilə cərimə edə bilərlər.

F-1.az xəbər verir ki, VTM rejimində sürücülər pit-leynə girə bilməzlər, əlbəttə, planlı təkərlərin dəyişməsi bu qadağaya daxil deyil. Bundan başqa, VTM zamanı sürücülərə ötmə etmək də qadağandır, amma bu halda bəzi istisnalar var.

Pit-leynə daxil olarkən, təhülkəsizlik maşınının 1-ci xəttini keçdikdən sonra və pit-leynin çıxışındakı 2-ci əxttə qədər ötmə etmək olar. Əlbəttə, VTM zamanı hər hansı bir problem üzündən yavaşlayan maşını da ötmək olar.

Yarışın direktoru trasdakı vəziyyətin normallaşdığına əmin olduqdan sonra siqnal sistemində “VSC ENDİNG” yazısı işıqlandırılır və 10-15 saniyədən sonra “VSC” siqnalı yaşıl rənglə əvəz olunur, bundan sonra sürücülər yarışı davam etdirə bilərlər. 30 saniyədən sonra yaşıl işıqlar da sönəcək.

VTM rejimində keçirilən hər dövrə yarışın hesabına yazılır…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*