20 Avqust 2019, Çərşənbə axşamı - 09:28

M.Uitmarş: “Bizim vəzifəmiz Red Bull-a çatmaqdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:16 - 28 Mart, 2011

McLaren komandasının başçısı Martin Uitmarş Melburnu yaxşı əhvalda tərk edir – uğursuz mövsümöncəsi testlərdən sonra komanda vəziyyəti düzəldə bilib… Sual: […]

McLaren komandasının başçısı Martin Uitmarş Melburnu yaxşı əhvalda tərk edir – uğursuz mövsümöncəsi testlərdən sonra komanda vəziyyəti düzəldə bilib…

Sual: Martin, mövsümün ilk uik-endini necə qiymətləndirirsiniz? Bu il siz titul uğrunda mübarizə apara biləcəksinizmi?

Martin Uitmarş: Bəli, mənə elə gəlir ki, bu gün bizim hər iki sürücümüz podiuma qalxa bilərdi. Çox güman ki, Lyuis Sebastyan kimi sürətli deyildi, amma hətta zədələnmiş maşın altlığı ilə trasda ondan geri qalmırdı.

Əgər top-komandaların maşınlarında təkərin yeyilməsini müqayisə etsək, bizim bir az üstünlüyə malik olmağımızı görmək olar, bu üstünlük Malayziyada aşkar olacaq – Sepanq trası təkərə qarşı daha tələbkardır. Melburnda bəziləri üç dəfə təkər dəyişməyə məcbur oldularsa, bizə iki pit-stop kifayət etdi.

Maşın üçün hazırladığımız son yeniliklər özünü doğrultdu, irəliyə doğru böyük addım atdıq – Malayziyada biz daha ciddi inkişaf etməliyik.

Sebastyan Fettel yarışı əla keçirdi, Ədrian Nyui isə onun üçün əla maşın hazırlayıb. Bizim vəzifəmiz onlara çatmaqdır, bizim komanda elə bunun üçün çalışır. Çempionatda mübarizəyə gəlincə, bu gün Ferrari və Mercedes GP yaxşı çıxış etmədilər, amma onlar güclü rəqiblərdir. Hələlik arxada yalnız bir yarış qalıb.

Mövsümün startını pozitiv saymaq olar, xüsusən də mövsümöncəsi testlərlə müqayisədə – indi biz davam etməliyik və növbəti addımı atmalıyıq.

Sual: Maşının altlığının zədələnməsi Lyuisin nəticəsinə necə təsir etdi? Bu hadisə nəyə görə baş vermişdi?

Martin Uitmarş: Düzdür, Lyuis bir neçə dəfə trasdan çıxmışdı, amma bundan da əvvəl problemlər yaranmışdı. Mən bilmirəm, Lyuis porebrikə nə qədər aqresiv hücum etmişdi, amma maşın belə hallara dözməlidir.

Bu gün bizim hər iki maşınımız finişə çatdı – testlərdə biz bu qədər məsafə qət edə bilmirdik, ona görə də bizi çox qınamayın (gülür).

Sual: Yarışı strategiyasını necə hazırlamışdınız?

Martin Uitmarş: Biz görürdük ki, Uebberin maşınında təkər sürətlə yeyilir, Sebastyan eyni problemlərlə bir qədər gec üzləşdi, Həmiltonda isə bu problemlər yox idi – bizim maşınlarda təkər elə də sürətlə yeyilmir. Lyusin maşınında altlıq zədələndikdən sonra biz müqayisə apara bilmədik.

Məncə, biz pit-stop dövrəsini seçərkən səhvə yol verməmişik, amma kim bilir? Strategiya çətin məsələdir – əgər siz birbaşa rəqiblərinizə nisbətən bir dövrə tez pit-stopa girsəniz daha təzə təkər dəstinə görə üstünlük qazana bilərsiniz, amma bunu bir qədər tez etsəniz, onda yeni təkər dəsti ilə trasda daha çox qalmalı olacaqsınız və sürətdə itirə bilərsiniz.

Sual: Censon pit-leyndən keçməklə cəzalandırıldı, siz bu cəza ilə razısınız, yoxsa onu sərt hesab edirsiniz?

Martin Uitmarş: Mən stüard deyiləm, mən onlarda olan məlumatlardan xəbərsizəm. Censon mübarizədə şikananı kəsdikdən sonra biz yarışın direktoruna müraciət etdik, onlar bizdən gözləməyi xahiş etdilər, amma heç nə cavab vermədilər. Bir qədər sonra isə biz stüardlardan cərimə barədə məlumat aldıq.

Bu vaxt Felipe artıq boksa girmişdi və biz heç nə edə bilmədik – Censon istənilən halda cərimə olunacaqdı. Əlbəttə, biz stüardların qərarına hörmət edirik, amma yarış rəhbərliyinin bizə cavabı ləngitməsinə hələ də təəccüblənirik.

Sual: Batton podium qazana bilərdi?

Martin Uitmarş: Bəli, Censon kifayət qədər sürətli idi, yəqin indi çox məyus olub, amma idmanda hər şey olur. İstənilən halda biz Melburnu pozitiv təsirlə tərk edirik. Hər iki sürücümüz öz işlərinin öhdəsindən gəldilər.

Qış bizim komanda üçün çətin olmuşdu, biz maşının yeni konfiqurasiyasını melburna çatdırmaq üçün gərgin işləmişik, bu yeniliklər də özünü doğrultdu. Bizim sürücülər motivasiyanı itirməyiblər, onlar sərbəst yürüşlərdə yaxşı çalışdılar və bu günkü yarışı da əla keçirdilər.

Sual: Red Bull hələ cümə günündən KERS-dən imtina edib, amma 0.3 saniyəlik üstünlüklərini qoruyub saxlayıblar…

Martin Uitmarş: Əgər növbəti 10 gündə biz arxada qalan 10 gündə oluğu kimi, bu templə inkişaf etsək, 0.3 saniyəlik geriqalmanı aradan qaldırmaq problem olmayacaq. Red Bull-un inkişaf üçün ciddi potensialı var. əgər onlar da inkişaf tempini yüksək səviyyədə saxlaya bilməsələr, tezliklə biz eyni səviyyədə mübarizə aparacayıq. Amma Red Bull-da güclü komandadır.

Sual: sürəti nə qədər artıra bilərsiniz?

Martin Uitmarş: Bilmirəm, hələik bu suala cavabım yoxdur. Son günlər aerodinamik boruda yalnız Melburn üçün yenilikləri test edirdik. Sabah komanda Uokinqə qayıtmalıdır və biz Malayziya üçün yeniliklər üzərində işləyəcəyik.

Sual: Yeni təkərlərin işini necə qiymətləndirirsiniz?

Martin Uitmarş: Qışda Pirelli-ni çox tənqid edirdilər və çox vaxt bu tənqid haqlı deyildi. Bir il əvvəl hamı gileylənirdi ki, təkər demək olar ki, heç yeyilmir, tərkiblər arassında fərq minimaldır, bu il Pirelli vəziyyəti dəyişmək üçün hər şey edib, amma yenə də bəziləri gileylənirlər.

İndi isə məlum oldu ki, hər şey lazımi qaydada işləyir. Serxio Peres yumşaq təkərlərlə 35 dövrə vurdu – deməli, Pirelli işinin öhdəsindən əla gəlib, mən düşünmürəm ki, kimsə narazı qala bilər…

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 308
Teqlər
Paylaş

logo