17 İyun 2019, Bazar ertəsi - 16:59

D.Rikkardo və B.Hartli Red Bull-un ehtiyat sürücüləridir

D.Rikkardo və B.Hartli Red Bull-un ehtiyat sürücüləridir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:20 - 26 Yanvar, 2010

Red Bull şirkətinin mətbuat xidməti Red Bull Racing və Scuderia Toro Rosso komandalarının 2010-cu ildə ehtiyat sürücülərinin adlarını çəkib. Komandalar […]

Red Bull şirkətinin mətbuat xidməti Red Bull Racing və Scuderia Toro Rosso komandalarının 2010-cu ildə ehtiyat sürücülərinin adlarını çəkib. Komandalar avstraliyalı Brendon Hartli ilə əməkdaşlığı davam etdirəcəklər, o keçən mövsümün əvvəllərində komandanın ehtiyat sürücüsü idi, amma sonra Xayme Algersuari onu əvəz etmişdi. Komandaalrın ikinci ehtiyat sürücüsü Daniel Rikkardo olacaq.

Hər iki sürücü Red Bull-un Gənclər proqramının və dekabr ayında keçirilmiş Xeres testlərinin iştirakçılarıdır, testlərin son günü Rikkardo protokollara başçılıq etmişdi.

Keçən il mövsümün gedişində Algersuari əsas maşının sükanı arxasına keçmişdi, bu mövsümdə də belə bir dəyişiklik ola bilər – əgər Xayme komanda rəhbərliyi razısalan nəticələr göstərməsə, ehtiyat sürücülərdən biri onu əvəz edəcək.

Əgər hər hansı bir səbəb üzündən Sebastyan Fetteli əvəzləmək lazım gələrsə və Red Bull Hartlini seçərsə, onda çempionatda almanların (Mercedes GP) və britaniyalıların (McLaren) komandaları ilə yanaşı avstraliyalıların da komandası peyda olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 294
Teqlər
Paylaş

logo