Mühəndislər çətin kompromis tapmalıdırlar

Mövsümöncəsi testlərdə komandalar rəqiblərin yarışı imitasiya etmələrini diqqətlə izləyirlər. Dövrəni qətetmə vaxtı məlumdur, məsafə məlumdur, maşının sürətini, təkərin yeyilmə səviyyəsini […]

Mövsümöncəsi testlərdə komandalar rəqiblərin yarışı imitasiya etmələrini diqqətlə izləyirlər. Dövrəni qətetmə vaxtı məlumdur, məsafə məlumdur, maşının sürətini, təkərin yeyilmə səviyyəsini hesablamaq çətin deyil – mühəndislər artıq bilirlər ki, üstünlük qazanmaq üçün maşını hansı istiqamətdə təkmilləşdirmək lazımdır.

Bu il mühəndisləri daha bir parametr narahat edəcək – pit-stop dövrəsi. Əgər əvvəllər konstruktorlar maksimum aerodinamik və mexaniki asfalta yatma qüvvəsinə nail olmağa çalışırdılarsa, Bridgestone təkərləri kifayət resursa malik idilər və bu üstünlüyü reaizə etməyə imkan verirdilər, amma indi vəziyyət bir qədər dəyişib.

Bir tərəfdən, asfalta yatma qüvvəsinin yüksək səviyyəsi trasla yaxşı ilişmə təmin edir və maşının ümumi effektliyini artırır, digər tərəfdən, təkərin yeyilməsi sürətlənir, pit-stop daha tez tələb oluna bilər və bu bir neçə dövrə yarışın taleyini həll edə bilər.

Mühəndislər çətin bir tənlik həll etməli olacaqlar. Pirelli təkəri bir neçə dövrədən sonra sürətini kəskin itirir – hər bir maşın üçün bu dövrələrin sayı fərqlidir, amma bu məsafənin artması çox çətin vəzifədir.

Maraqlıdır, Melburnda sıralanma turunun və yarışın nəticələri bir-birindən nə dərəcədə fərqlənəcək? Amma mövsümün ilk yarışında toplanmış məlumat gələcək təkmilləşdirmənin istiqamətini təşkil edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*