Şarl Lekler: “Bu, əsl şou idi, çünki ikinci sessiyada hər iki maşınımız az qala mübarizəni vaxtından əvvəl dayandıracaqdı, amma açığını desəm, sıralanma turunun pərdəarxasında çox sayda çətinliyin öhdəsindən gəlməli oluruq.
Amma paddokda bu barədə danışsanız, hər kəs öz problemlərinin olduğunu deyəcək, buna heç şübhəm yoxdur, çünki bu, güc qurğusunu optimallaşdırmağın ən çətin olduğu traslardan biridir. Ancaq bu, bəhanə deyil, çünki Pyer Qasli və Alpine komandası hamını təəccübləndirməyi bacardı, çünki hər şeyi ideal etdilər – yeri gəlmişkən, Pyerə görə çox sevinirəm!
İndi məqsəd bu gün əldən veriləni geri qaytarmaqdır, baxmayaraq ki, poul uğrunda mübarizə aparmaq şansımızın olduğunu düşünmürəm, amma heç olmasa, yəqin ki, bir pillə yuxarı qalxmaq mümkün idi. Biz bütün sahələrdə mümkün olan maksimum nəticəyə can atmalıyıq, amma bu gün buna nail ola bilmədik. Görək, sabah nə alınacaq.
Döngəlardə maşınımız özünü kifayət qədər inamlı aparır, amma bu trasda çoxlu düzlük var və dövrənin həmin hissələrində zəif tərəflərimiz üzə çıxır, buna görə də hücum etmək kifayət qədər çətin olacaq. Amma deməliyəm ki, elektrik enerjisindən düzgün istifadə hesabına çox şeyə nail olmaq mümkündür və yarışın müəyyən mərhələsində ötmələr edə biləcəyik. Ümumiyyətlə, ağılla hərəkət etmək lazımdır, sonra görərik nəyə nail olmaq mümkündür”.





