M.Uebber: “Uğursuz sıralanma turundan sonra xal toplaya bildim”

Red Bull komandası mövsümün favoritlərindən biridir, amma mövsümün ilk yarışı komanda üçün uğurlu alınmayıb. Sıralanma turunda poul qazanmış Sebastyan Fettel […]

Red Bull komandası mövsümün favoritlərindən biridir, amma mövsümün ilk yarışı komanda üçün uğurlu alınmayıb. Sıralanma turunda poul qazanmış Sebastyan Fettel motor problemi üzündən yarışı dördüncü yerdə başa vurub. Mark Uebber isə yarışa altıncı yerdən başlasa da, finiş xəttini səkkzinci keçib…

Mark Uebber: “Trasda trafik çox idi, ilk döngədə mən iki Mercedes-in arasına düşdüm, bundan sonra bütün yarışı onları neçə keməyi düşündüm. Liderlərin tempini saxlamaq çətin idi. Dünən sıralanma turunda səhvə yol vermişdim, amma bu gün xal qazana bildim, düzdür, istədiyimdən çox az.

Bu mənim karyeramda bəlkə də ən maraqsız yarış oldu, çünki məndən öndə gedən pilotlar dünya çempionları idi və heç bir səhvə yol vermədilər. Mən əvvəl Mixaelə, sonra isə Censona təzyiq etsəm də, xeyri olmadı.

Bizi uzun çempionat gözləyir, komanda gərgin işini davam etdirir. Keçən il biz göstərdik ki, mübarizəyə hazırıq, indi səbirsizliklə Melburnu gözləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*