M.Uebber: “Maşını trasda saxlaya bilmədim…”

Böyük Britaniya Qran Prisində pouldan start alan Mark Uebber yarışı üçüncü yerdə başa vurub. Finişdən sonra avstraliyalı sürücü etiraf edib […]

Böyük Britaniya Qran Prisində pouldan start alan Mark Uebber yarışı üçüncü yerdə başa vurub. Finişdən sonra avstraliyalı sürücü etiraf edib ki, Silverstoun yarışı onun üçün səhvsiz ötüşməyib – məsələn, elə yarışın birinci hissəsində Red Bull sürücüsü çınqıllığa səyahət etməli olub…

Mark Uebber: “Trasın yarısı qurumuşdu, yarısı isə hələ yaş idi, on agörə də sliklərə keçmə anını təyin etmək çətin idi. Bəlkə də biz bu addımı gec atdıq. Mixael boksa birinci getdi, hamı onun sürətinə baxırdı və aydın oldu ki, pit-stop vaxtı yetişib. Amma həmin dövrədə, yəni təkərləri dəyişməyə yollanarkən, maşın Becketts döngəsində trasdan çıxdı və Alonso mənə çox yaxınlaşdı.

Bundan sonra yarış maraqlı oldu. Biz hər dəfə pit-stopdan çıxdıqdan sonra sürətli olurduq, amma bir neçə dövrədən sonra sürətimizi itirirdik. Son dövrələrdə mən görürdüm ki, Sebin təkərlərlə aşkar problemləri var, ona görə də hücum etməyə cəhd etdim – amma heç nə alınmadı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*