G.Ştayner: Sprint yarışları arta bilər

Haas-ın rəhvəri son dövrlər çox müzakirə edilən sprint yarışları barədə öz fikirlərini bildirib.

F-1.az xəbər verir ki, avstraliyalı mütəxəssisin fikrincə, F1 rəhbərliyi hətta təqvimdəki yarışların yarısına sprint formatı tətbiq edə bilər.

Günter Ştayner: “Hər həftə sonu sprint yarıışında iştirak edib-etməyəcəyimizi bilmirəm. Bəlkə daha bir neçə yarışda, bəlkə də təqvimin tam yarısında olacaq. Amma Formula1 promouterləri nə etməli olduqlarını bilirlər. Hazırda yarışlara tələbat təqvimdəki slotların sayından çoxdur, onda biz 24 yarış ilə məhdudlaşsaq, necə daha çox yarış, daha çox rəqabət əldə etmək olar? Hər hadisəni ikiqat edərək.

Sprint formatı dəyişir? Şənbə günü səhər məşq faydasız olub, heç kim buna baxmır, çünki komandalara maşınlarda dəyişiklik etmək qadağan edilib. Beləliklə, ayrıca bir sıralanma turu əla fikirdir. Müşahidə üçün necə işlədiyini görək və sonra nə edəcəyimizi bilək. Amma indi ayrı bir təsnifat ideyasını tam dəstəkləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*