M.Uebber FİA-nın qərarını tənqid edib

Mark Uebber Bəhreyn yarışı barədə olan mövqeyini FİA-nın qərarından sonra da dəyişməyib. Avstraliyalı sürücü bildirib ki, Bəhreyn Qran Prisini bu […]

Mark Uebber Bəhreyn yarışı barədə olan mövqeyini FİA-nın qərarından sonra da dəyişməyib. Avstraliyalı sürücü bildirib ki, Bəhreyn Qran Prisini bu ilin təqvimnə qaytarmaq qərarı onu məyus edib…

Mark Uebber: “Mənim mövqeyim dəyişməz qalıb, hələ fevral ayında mən bu barədə öz fikrimi söyləmişdim. Qərarın qəbul olunmasına baxmayaraq, Bəhreyn Qran Prisinin baş tutması məni çox təəccübləndirəcək.

Məncə, Formula1 bu məsələdə sərt mövqe tutmalı idi, amma hər dəfə qərarın qəbul edilməsi təxirə salındı və sonda da belə bir qərar qəbul olundu. FİA insan haqlarına, mənəvi məsələlərə diqqəti artırmalıdır.

Aydındır ki, qərarı qəbul edən tərəflərin işi asan olmayıb, amma təəssüf ki, mənə elə gəlir ki, səhv qərar qəbul olunub. Bilirəm ki, kimin bu qərardan xoşu gələcək, amma Formula1 və ümumilikdə idman ictimai məsuliyyətdən yüksəkdə ola bilməz. Ümid edirəm ki, Formula1 Bəhreynə nə zamansa qayıdacaq, amma indi bunun üçün yaxşı vaxt deyil.

Mən idmançıyam və Bəhreyndə getmək məndə narahatlıq doğurur, ölkədə vəziyyəti nə qədər yaxşı göstərmək istəsələr də, gərgin olaraq qalır. Başa düşmürəm ki, niyə idman bu proseslərin katalizatoru olmağa çalışır?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*