27 İyun 2019, Cümə axşamı - 00:17

M.Şumaherin 3 mümkün rekordu

M.Şumaherin 3 mümkün rekordu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:16 - 18 Yanvar, 2010

Formula1-in demək olar ki, bütün rekordları Mixael Şumaherə məxsusdur, amma bəzi statistik cədvəllər var ki, ilk sətirdə başqa sürücünün adı […]

Formula1-in demək olar ki, bütün rekordları Mixael Şumaherə məxsusdur, amma bəzi statistik cədvəllər var ki, ilk sətirdə başqa sürücünün adı yazılıb. Almaniyanın Bild qəzetinin jurnalistləri üç rekord tapıblar ki, Mixael Mercedes GP ilə bağladığı üçillik müqavilə sayəsində bu rekordları təzələyə bilər…

Ən çox start alan sürücü: Burada liderlik Mixaelin keçmiş komanda yoldaşı Rubens Barrikelloya məxsusdur – braziliyalı veteran 284 yarışda start alıb. Əgər Rubens bu il karyerasını başa vurarsa, hesabında 248 start olan Mixael Rikardo Patrezeni (255 start) və Rubensi (303 start) qabaqlaya bilər…

Ardıcıl qələbə seriyası: 1952-ci və 1953-cü illərin mövsümlərində Alberto Askari doqquz ardıcıl qələbə qazanmışdı. Mixaelin karyerasında isə ardıcıl qələbə seriyası 2004-cü ildə yeddi yarış olmuşdu…

Ən uzaq yerdən start almaqla qələbə qazanmaq: Con Uotson Lonq Biçdə Qərbi ABŞ Qran Prisində 22-ci yerdən start alaraq finiş xəttini birinci keçmişdi. 2010-cu ildə startda maşınların sayı artacaq, ona görə də müəyyən şərait daxilində bu rekordu da təzələmək imkanı var…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 205
Teqlər
Paylaş

logo