T.Volff: Həmilton liderliyini göstərir

Mercedes komandasının rəhbəri Toto Volff sürücüsü Həmiltona təriflər yağdırıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Bəhreyn yarışında lider Ferstappendən 51 saniyə geridə qalsa da, yarışdan sonra radiodan komandasını ruhlandırıb: “Əla iş gördünüz. Bilirəm, istədiyimiz yerdə deyilik, amma işləmə davam etməliyik. Fərqi bağlamaq üçün ciddi işlər görməliyik və mən hamınıza inanıram”.

Toto Volff isə sürücüsü barədə bunları deyib: “Orada canı çox ağrıyır, çünki bolid balanssızdır və sükanda bunu görürsünüz. Amma yenə də liderliyini göstərdi. O, əla insandır. Bolidə çox qatqı verir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*