M.Şumaher: “Yenidən trasa qayıtmağa çox şadam”

Bu gün Mixael Şumaher Avropa Qran Prisinin startına hazırlığını davam etdirib: yeddiqat dünya çempionu Mücello trasında Ferrari F2007-nin sükanı arxasında […]

Bu gün Mixael Şumaher Avropa Qran Prisinin startına hazırlığını davam etdirib: yeddiqat dünya çempionu Mücello trasında Ferrari F2007-nin sükanı arxasında 67 dövrə vurub və ən yaxşı dövrəsində 1:23.736 nəticə göstərib…

Mixael Şumaher: “Yenidən trasa qayıtmağa çox şadam, lap 2007-ci ilin maşınında, özü də sliklərdə olsa belə. Ona görə də bügünkü nəticələri qiymətləndirmək çətindir. Bir neçə dövrədən sonra mən stabil nəticələr göstərməyə başladım, ümumən razıyam. Bir neçə gündən sonra grök bədənim və əzələlərim necə reaksiya verəcək.”

Məşqlərin proqramı yaxın vaxtlarda tərtib ediləcək. Ferrari-nin mətbuat xidməti təsdiq edib ki, Skuderiya bütün çempionat iştirakçılarından Şumaherin F60-ın sükanı arxasında birgünlük testlər keçirməsi üçün icazə istəyib və FOTA-nın üzvü olan komandalar artıq icazə veriblər…

Con Hauett: “Hesab edirəm ki, FOTA-nın üzvü olan komandaların hamısı Ferrari-nin xahişinə müsbət cavab veriblər. Felipe çətin vəziyyətə düşüb və bizim razılığımız idman jestidir, biz ümid edirik ki, Ferrari bu addımı qiymətləndirəcək.”

Hələlik Williams və Force İndia komandalarının cavabı məlum deyil. Şumaherin F60-ın sükanı arxasına oturması üçün bütün komandaların razılığı vacibdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*