P.di Resta: “Fettel və Həmilton üçün asan oldu”

Force İndia komandasının yeni sürücüsü Pol di Resta vaxtılə Avropanın Formula3 seriyasında Sebastyan Fettel və Lyuis Həmiltona rəqib olmuşdu və […]

Force İndia komandasının yeni sürücüsü Pol di Resta vaxtılə Avropanın Formula3 seriyasında Sebastyan Fettel və Lyuis Həmiltona rəqib olmuşdu və 2006-cı ildə alman sürücü ilə mübarizədə titul qazanmışdı.

Amma şotlandiyalı sürücünün Formula1-ə yolu daha uzun alınıb – maliyyə dəstəyinin olmaması üzündən Pol GP2-də karyerasını davam etdirə bilmədi, əvəzində nüfuzlu DTM seriyasında Mercedes-in sükanı arxasında titul qazandı…

Pol di Resta: “Fettel və Həmilton üçün Formula1-ə düşmək asan oldu, düzdür, mənim yolum uzun olsa da, bu məni narahat etmir. Onların ciddi dəstəkləri var idi, məhz buna görə onlar dünya çempionatında məndən tez debüt edə bildilər. Demək olar ki, onların sadəcə bəxtləri gətirib, hərçənd, son nəticədə mən də Formula1-ə düşə bildim. Əvvəllər mən Sebastyan və Lyuislə aşağı seriyalarda rəqabət aparırdım, indi isə ümid edirəm ki, mübarizəmiz davam edəcək!”

Xatırladaq ki, Polun meneceri Lyuisin atası Əntoni Həmiltondur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*