Menecer R.Kubitsanın perspektivini nikbinliklə qiymətləndirib

Bir neçə həftə əvvəl Lotus Renault GP komandasının sahibi Jerar Lopes jurnalistlərə bildirmişdi ki, bu il Robert Kubitsa yarışlarda iştirak […]

Bir neçə həftə əvvəl Lotus Renault GP komandasının sahibi Jerar Lopes jurnalistlərə bildirmişdi ki, bu il Robert Kubitsa yarışlarda iştirak etməyəcək və ən yaxşı halda sükan arxasında yalnız cümə sərbəst yürüşlərində otura bilər. Polşalı sürücünün meneceri fərqli düşünür…

Daniel Morelli: “Lopesdn soruşmaq lazımdır ki, o niyə belə bir bəyanat verib – onun dedikləri mütəxəssislərin fikirlərinin əksidir. Bütün həkimlər, yalnız bizimkilər yox, istisna etmirlər ki, Robert bu mövsümdə qayıda bilər, ona görə də düşünürəm ki, Lopesin sözləri səhvdir.

Robert paddoka qayıdacaq və yarışlarda iştirak edəcək. Onun imkanlarını sərbəst yürüşlrədə yoxlamağa ehtiyac olmayacaq – əgər Robert maşının sükanı arxasında bir dövrə vurmaq üçün kifayət qədər sağalsa, o bütün uik-endi maşın sürəcək. Buna qədər Kubitsa paddoka gəlməyəcək – o yalnız kombinezonda qayıdacaq.

Hazırda Robert ciddi bərpa prosedurlarını keçir, gün ərzində beş saat ayağının və qolunun funksiyalarını bərpa etmək üçün məşqlər edir. Hələlik hər şey qaydasındadır və biz hesab edirik ki, avqustda onun qayıtma tarixini dəqiq söyləyə biləcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*