M.Şumaher və N.Rosberq nömrələrini dəyişiblər?

Hələ Mixael Şumaherlə müqavilə təsdiq olunmamışdan xeyli əvvəl Mercedes GP komandasında Niko Rosberqin maşını 3-cü nömrəni almışdı, Şumaher isə 4-cü […]

Hələ Mixael Şumaherlə müqavilə təsdiq olunmamışdan xeyli əvvəl Mercedes GP komandasında Niko Rosberqin maşını 3-cü nömrəni almışdı, Şumaher isə 4-cü nömərni almalı idi. Amma gözlənilmədən hər şey dəyişib: Almaniyanın Bild qəzetinin məlumatına görə, yeddiqat dünya çempionu üzərinə “3” rəqəmi vurulmuş maşını idarə edəcək, Nikonun maşınına isə “4” rəqəmi həkk olunacaq.

Mercedes GP komandasının başçısı Ross Braun artıq razılığını bildirib və FİA-ya müraciət edib. Bəs buna səbəb nədir? Sən demə, Şumaher sadəcə olaraq cüt rəqəmləri sevmir. O bütün titullarını tək nömrəli maşınlarda qazanıb: beş dəfə 1 nömrəli maşında, və bir dəfə də 3 və 5 nömrəli maşınlarda. Şumaher Bild-ə deyib ki, “Ross bilir ki, tək rəqəmlər mənim daha çox xoşuma gəlir.”

Rosberq üçün hadisələrin belə cərəyan etməsi gözlənilməz və məyusedici olub. Statistikaya müraciət edək: Formula1 tarixində 4 nömrəli maşın heç bir dəfə də olsun çempion olmayıb. Son on ildə burnuna bu rəqəm vurulmuş maşınlar 174 yarışda cəmi 7 qələbə qazanıb, keçən il Ferrari-də bu rəqəmi daşıyan Kimi Rəykkönen isə mövsümün sonunda çempionatı tərk etməli olub.

Çempionatın qaydalarına əsasən, Mercedes GP komandası Censon Battonun McLaren-ə keçməsi ilə əlaqədar olaraq 1 nömrəni itirib, amma komanda ona düşən 3 və 4 nömrələrini sürücüləri arasında özü istədiyi kimi dəyişə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*