M.Şumaher testlərdə Ferrari-yə kömək edir

Almaniyanın məşhur Bild qəzetində fitnəli başlıq altında yazı dərc olunub – “Şumi Mercedes-in arxasınca casusluq edir”. Məqalədə jurnalistlərin Barselona tetslərində […]

Almaniyanın məşhur Bild qəzetində fitnəli başlıq altında yazı dərc olunub – “Şumi Mercedes-in arxasınca casusluq edir”. Məqalədə jurnalistlərin Barselona tetslərində izlədikləri hadisədən bəhs olunur.

Çərşənbə günü Lyuis Həmilton trasdan çıxaraq özünün McLaren Mercedes MP4-24-nü baryerə çırpmışdı və maşını komandanın boksuna evakuatorla gətirməli olmuşdular. Elə bu zaman qəza yerinə gümüşü Alfa Romeo-159-da Mixael Şumaher yetişib və McLaren altlığını diqqətlə izləməyə başlayıb.

İdman karyerasını başa vurduqdan sonra Şumaher Ferrari-də məsləhətçi qismində çalışmaqda davam edir və testlərdə komandaya aktiv kömək edir, xüsusən də yeni maşının təkmilləşdirilməsində. Ona görə məqalədə göstərilən hadisədə qeyri-adi bir şey yoxdur, Şumi Skuderiyanın ən yaxın rəqibinin maşınını öyrənirmiş.

Bild BMW Sauber komandasının texniki departamentinin başçısının başçısının hadisəyə fikrini də qeyd edib, mütəxəssisin fikrincə, “aerodinamika baxımından maşının altlığı arxa qanaddan dörd dəfə vacibdir. Maşının altlığını görməyin yeganə imkanı isə yalnız onu evakuatora qaldırdıqda olur.”

Qəzetin bildirdiyinə görə, Ferrari yeddiqat dünya çempionuna ildə 5 milyon Avro ödəyir, amma bir neçə aydan sonra müqavilənin müddəti bitir. Mixaelin meneceri Villi Veberdən bu barədə soruşduqda o deyib: “Biz hələ tələsmirik, yayda rahat oturub danışacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*