W Series – müflisdir, seriyada xarici idarəetmə tətbiq olunub

Avtomobil idmanı tarixində ilk beynəlxalq qadın yarış seriyası olan W Series, yeni investorlar tapmaq üçün edilən bütün cəhdlər uğursuzluğa düçar olduğu üçün xarici idarəetməyə keçir.

F-1.az xəbər verir ki, 2022-ci il mövsümü çempionat tarixində üçüncü olub, lakin sona qədər tamamlana bilməyib, planlaşdırılan on mərhələdən yalnız yeddisi baş tutub və Sinqapurdakı yarış sonuncu olub. Hadisələrin sonrakı inkişafı göstərib ki, bu yarış mövsümün deyil, elə bu çempionatın tarixində sonuncu yarış olub.

W Series-in mümkün xilası ilə bağlı potensial investorlarla danışıqlar səkkiz ay davam edib, lakin bütün cəhdlər uğursuz olub. Şirkətin maliyyə vəziyyəti acınacaqlı olmadığı üçün onun işləri böhran menecerlərinə – Evelyn Partners LLP hüquq firmasının hüquqşünasları Kevin Li və Henri Şinnersə həvalə edilib.

Kevin Li: “Bu xəbər şirkət işçilərini və yarışçıları, eləcə də bu çempionatı izləyən bütün dünya azarkeşlərini kədərləndirəcək. Şirkət iqtisadi vəziyyətinə görə 2023-cü ildə mövsümü keçirə bilmədi. Onun rəhbərliyi əlavə maliyyə və biznesin mümkün satışı üçün müxtəlif tərəflərlə danışıqlar aparıb. Təəssüf ki, heç bir irəliləyiş əldə olunmayıb”.

W Series-in səhmdarlarından biri Devid Kulthard Formula for Success podkastının may buraxılışında potensial investorları vədlərinə əməl etməməkdə günahlandırıb: “Avtomobil idmanına sərmayə qoyan kifayət qədər şirkətlər var idi, lakin onların təbliğat ehtiyacı ilə bağlı fikirləri var. müxtəliflik və inklüzivlik yalnız söhbət olaraq qaldı.

Əslində pul verəcəklərini dedilər, vermədilər. Deyəsən, bu fəsil başa çatmaq üzrədir, lakin W seriyasının işini Ceymi Çədvik (üçqat seriya çempionu) və Naomi Şiff (hazırda Sky Sports F1 ekspert komandasının bir üzvü) kimi sürücülər davam etdirəcəklər”.

“Hər şey üçün təşəkkür edirəm, W Series! – deyə Ceymi Çədvik bugünkü xəbərə sosial şəbəkə hesabında belə reaksiya verib. – Onun sayəsində həyatım dəyişdi və mənim üçün yeni karyera imkanları açıldı, buna görə həmişə minnətdar olacağam!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*