M.Şumaher menecerini dəyişir

Mixael Şumaher Formula1-ə qayıdışı ərəfəsində Villi Veberin xidmətlərindən imtina etməyi qərara alıb – Villi yeddiqat dünya çempionunun 20 il karyerasını […]

Mixael Şumaher Formula1-ə qayıdışı ərəfəsində Villi Veberin xidmətlərindən imtina etməyi qərara alıb – Villi yeddiqat dünya çempionunun 20 il karyerasını idarə edirdi. Villi hələ uzaq 1988-ci ildə Ford Formulasında 19 yaşlı gəncin istedadını görmüşdü, o Mixaelin bu istedadının miqyasını başa düşərək mehmanxana biznesini satmış və gələcək ulduzun karyerası ilə bilavasitə məşğul olmuşdu.

Məhz menecer Şumaher üçün ən sərfəli müqavilələr bağlayırdı, amma onun özü də bu müqavilələrdən yaxşı gəlir götürürdü – son nəticədə isə Mixael daha yaxşı qazandı. Amma indi Almaniyanın Sponsor News biznes qəzetinin verdiyi xəbərə görə, yeddiqat çempion Veberlə ayrılır.

Şumaherin yeni meneceri isə Sabine Kem olacaq – Kem uzun illərdir ki, sürücünün şəxsi mətbuat katibi işləyirdi. Mixaeldən iki yaş balaca olan alman mütəxəssis işgüzar səviyyədə sürücü ilə o dərəcədə yaxındır ki, keçən il Frankfurtdan Cenevrəyə köçüb ki, lazım olan kimi Şumaherin ailə evinə baş çəkə bilsin.

İndi Sabine rəsmi olaraq Mixaelin bütün işlərini aparacaq, yalnız sürücünün simvolikası olan malların satışından başqa – bununla əvvəlki kimi Villi Veber məşğul olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*