M.Şumaher: “Mən artıq Felipedən narahat deyiləm”

Dünən Mixael Şumaher Budapeştin AEK hərbi hospitalında Felipe Massaya baş çəkib, braziliyalı sürücü artıq evə buraxılmağa hazırlaşır. Mixael jurnalistlərə bildirib […]

Dünən Mixael Şumaher Budapeştin AEK hərbi hospitalında Felipe Massaya baş çəkib, braziliyalı sürücü artıq evə buraxılmağa hazırlaşır. Mixael jurnalistlərə bildirib ki, narahat olmağa lüzum yoxdur, Felipenin qısa müddət ərzində sağalması onu təəccübləndirib…

Mixael Şumaher: “Felipe ilə görüçüb söhbət etmək yaxşı oldu, indi mən tamamilə rahatam. Qəzadan sonra mən daim Nikolya və Jan Todtlar vasitəsilə əlaqə saxlayırdım, amma belə vəziyyətdə hər şeyi öz gözlərimlə görməyim daha yaxşı oldu.

Onun vəziyyəti məni təəccübləndirdi, axı qəza düz bir həftə əvvəl olmuşdu, biz xeyli danışdıq, özü də hər şeydən danışdıq. İndi mən doğrudan da Felipedən narahat deyiləm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*