Bəhreyn Qran Prisi Malayziyada gecə yarışı olmayacaq

Malayziyada oktyabrın ilk həftəsonuna nəzərdə tutulmuş Bəhreyn Qran Prisinin Sepanq trasında gecə yarışı olacağı barədə məlumat təkzib edilib.

Malayziyada keçiriləcək yarış həftəsonunun rəsmi proqramı hələ dərc edilməyib, lakin Formula1 tətbiqində Sepanqda keçiriləcək yarışın yerli vaxtla saat 20:00-da başlayacağı barədə məlumat görünüb. Daha sonra avtodromun icraçı direktoru Acan Şafriman Hənif bu məlumatın səhv olduğunu bildirib.

“Yarış axşam yox, gündüz keçiriləcək”, – deyə Acan Şafriman Hənif yerli Bernama xəbər agentliyinə qısa şərh verib.

İtaliyanın Auto Racer nəşrinin məlumatına görə, oktyabrın 4-də Malayziyada keçiriləcək Bəhreyn Qran Prisinin startı yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə saat 11:00) planlaşdırılıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*