M.Şumaher Lonatoda məşqlərini qurtarıb

Mixael Şumaher İtaliyanın Lonato kartodromunda ikigünlük məşqlərini başa vurub… Mixael Şumaher: “Luka Badoyerlə birlikdə biz Lonatoda iki məhsuldar gün keçirdik. […]

Mixael Şumaher İtaliyanın Lonato kartodromunda ikigünlük məşqlərini başa vurub…

Mixael Şumaher: “Luka Badoyerlə birlikdə biz Lonatoda iki məhsuldar gün keçirdik. Bu əl, çiyin və boyun üçün əla məşq idi, mən Roberto Robatsiyə və Tonykart-a mənim üçün əla şərait yaratdıqları üçün təşəkkür edirəm.

Korinnanın burda olması xüsusən xoş idi, dünən şam yeməyində biz evlənməyimizin yubileyini qeyd etdik. Yaxın günlərdə mən məşqləri evdə davam etdirəcəm.”