18 İyun 2019, Çərşənbə axşamı - 09:32

M.Şumaher: “Biz yalnız müdafiə oluna bilərdik”

M.Şumaher: “Biz yalnız müdafiə oluna bilərdik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:10 - 12 May, 2010

Mercedes GP komandasının sürücüləri mövsümün beşinci yarışını müxtəlif cür keçiriblər: əgər Mixael Şumaher Barselonada inamla çıxış edərək finişdə 4-cü olubsa, […]

Mercedes GP komandasının sürücüləri mövsümün beşinci yarışını müxtəlif cür keçiriblər: əgər Mixael Şumaher Barselonada inamla çıxış edərək finişdə 4-cü olubsa, Niko Rosberq iki dəfə problemlərlə üzləşib və yekunda 13-cü olub. Startda Kubitsa Rosberqi trasdan sıxışdırıb çıxarıb, pit-stopda isə ön sağ təkərlə problem yaranıb. Yediqat dünya çempionu isə mövsümdə ilk dəfə olaraq dördüncü yeri qazanıb…

Mixael Şumaher: “Startdan başlayaraq yarış çox şən keçdi, hərçənd, biz bilirdik ki, normal halda podiuma namizəd deyilik.

Yaxşı ki, mən qazandığım mövqeni qoruya bildim, amma, əlbəttə, mən razı deyiləm, çünki bu gün biz yalnız müdafiə oluna bilirdik. Bütün yarışı ümid edirdim ki, məndən öndə olanlar texniki problemlərlə üzləşsinlər və yalnız bu halda yaxşı nəticə göstərmək mümkün olardı, amma bu arzuolunmaz variantdır.

Censonla duelimiz maraqlı alındı, amma mən sadəcə ona ötmə imkanı verməməyə çalışırdım. Lakin biz liderlərə çox uduzuruq, ona görə də finişdən sonra sevinməyə elə də çox əsasımız yoxdur. Amma ümid edirik ki, Monako trası öz xarakteristikalarına görə bizim maşına daha çox uyğun olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 266
Teqlər
Paylaş

logo