M.Şumaher: “Biz gücümüz çatan hər bir şeyi etdik”

Bu gün Cenevrədə mətbuat konfransı keçirilib və Mixael Şumaher təsdiq edib ki, səhhəti Formula1 maşınının sükanı arxasına qayıtmağa imkan vermir […]

Bu gün Cenevrədə mətbuat konfransı keçirilib və Mixael Şumaher təsdiq edib ki, səhhəti Formula1 maşınının sükanı arxasına qayıtmağa imkan vermir və Valensiyada starta çıxacaq Luka Badoyeri dəstəkləyib…

Sual: Belə bir kədərli xəbərdən sonra özünüzü necə hiss edirsiniz?
Mixael Şumaher:
Əlbəttə, təsəvvür edə bilməyəcəyiniz dərəcədə məyus olmuşam: çox kədərləndim, çünki gözləmədiyim bir halla üzləşdim, mən hadisələrin belə cərəyan edəcəyinə hazır deyildim. Amma belə bir vəziyyətdə (Massanın qəzası), əlbəttə, mənim komandaya dəstək olmaq imkanım var idi.

Biz ciddi məşqlətə başladıq, gücümüz çatan hər bir şeyi etdik, amma lap əvvəldən həm mən, həm də Ferrari qəti əmin idik ki, mən yalnız tam 100% inamlı olduğum işə girişəcəm. Heyif ki, mən bu işi yerinə yetirə blmədim.

Sual: Bəs niyə bu günə qədər tam tibbi müayinədən keçməmişdiniz?
Mixael Şumaher:
Yüklənmələrə tab gətirməyi öyrənməyin yeganə yolu var. Məsələ bundadır ki, biz simulyatorda çox işləyirdik, mənim evimdə də çoxlu trenajorlar var, amma onların heç biri Formula1 maşınında olarkən bədənə düşən yüklənmələri reallaşdıra bilmir. Ona görə də hər şeyi aydınlaşdırmaq üçün testlər keçirmək lazım idi.

Mənim həkimim bu testə icazə verdi, müəyyən vaxtdan sonra əlavə yüklənmə verilməli idi, yəni inkişafın olmasına baxmaq lazım idi. Son nəticədə bundan heç nə çıxmadı, hərçənd biz hər şeyə hazır idik.

Sual: Daha yaxşı hazırlaşmaq olardımı?
Mixael Şumaher:
Əvvəla, heç kim qabaqcadan deyə bilməzdi ki, Felipe belə bir qəzaya uğrayacaq, ona görə də mənim qayıtmağım heç planlaşdırılmamışdı. Mənim məşqlərimə gəlincə, inanmıram ki, bundan yaxşı nəsə etmək olardı.

Sual: Amma artıq şayiələr gəzir ki, siz ya Monsada, ya da gələn mövsüm starta çıxa bilərsiniz…
Mixael Şumaher:
Bizim işimizdə belə şayiələr təbiidir. Hərənin öz fikri var, amma məsələnin əsası odur ki, bu gün mən çox üzgünəm, çünki məşğul olmaq istədiyim işlə məşğul ola bilməyəcəm. İndi mən yalnız bunu düşünürəm və bir təhər bunu unutmalıyam.

Sual: Luka Badoyeri necə qiymətləndirirsiniz?
Mixael Şumaher:
Əvvəla, Luka mənim ən yaxşı dostumdur. O bu illər ərzində ciddi məşqlər edirdi, çünki bu onun işidir – nəsə olsa, o dərhal hazır olmalıdır. Ona görə də demək olmaz ki, o sadəcə kənarda oturub heç nə etmirdi. O həmişə hazır olub və Felipenin qəzasından sonra lap ciddi məşqlər keçirib.

Düşünürəm ki, Badoyer ən yaxşı seçimdir. Buna şübhə etmirəm: onun təcrübəsi var, o komandanı tanıyır. Düzdür, o çoxdan starta çıxmayıb, amma idmançı heç vaxt mübariz idman ruhunu itirmir və ona bu çətin işində uğurlar arzu edirəm.

Sual: Son günlərdə Felipe ilə əlaqə saxlayırsınızmı?
Mixael Şumaher:
Əlbəttə, biz daim əlaqə saxlayırıq, axı biz yaxın dostlarıq – elə məhz buna görə mən komandanın təklifini qəbul etmişdim. Vaxtılə mən öz maşınımı ona vermişdim, çünki yorulmuşdum və artıq çıxış etmək istəmirdim, o isə mənim yerimi tutmaqla mənim işimi davam etdirdi.

Yaxşı ki, o sürətlə sağalır, o müabrizəyə tam hazırıdr: indi ona çox məşq etməyə icazə vermirlər, amma o bərpa olunur və mən buna çox sevinirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*