14 Dekabr 2019, Şənbə - 17:40

V.Veber: “Mənim telefonum susmur”

V.Veber: “Mənim telefonum susmur”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:02 - 09 Avqust, 2009

Mixael Şumaherin meneceri Villi Veber 2006-cı il mövsümünün sonunda istefasını elan etmiş yeddiqat dünya çempionunun sükan arxasına qayıtmaq imkanlarını inkar […]

Mixael Şumaherin meneceri Villi Veber 2006-cı il mövsümünün sonunda istefasını elan etmiş yeddiqat dünya çempionunun sükan arxasına qayıtmaq imkanlarını inkar edirdi, amma Mixael sükan arxasına oturmağa hazırdır, Veber isə öz öhdəliklərini yerinə yetirməyə. Bu həftə mayka, beysbolka və digər atributika böyük tirajla sifariş verilərək hazırlanıb. Kölndə nəşr olunan Express qəzetinə müsahibəsində Villi həyatındakı dəyişikliklərdən və qarşıdakı Qran Priyə ümidlərindən danışıb…

Villi Veber: “Mənim telefonum susmaq bilmir, gün ərzində 300 zəngə cavab verməli oluram, lap köhnə vaxtlarda olduğu kimi. Hamı başa düşməlidir ki, söhbət müvəqqəti qayıdışdan gedir, Felipe Massanın əvəz olunmasından.

Şərait optimal deyil, Mixael maşınla, KERS-lə, Valensiya avtodromu ilə tanış deyil, hərçənd, digər tərəfdən, biz dünyanın ən yaxşı sürücüsündən danışırıq. Bu il Ferrari yarışlarda qələbə uğrunda mübarizə aparmır, bu maşın qələbə qazanmağa imkan vermir, amma baxaq görək necə olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 271
Teqlər
Paylaş

logo