15 Sentyabr 2019, Bazar - 11:54

M.Smit Team Lotus-da işə başlayıb

M.Smit Team Lotus-da işə başlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:03 - 19 May, 2011

Bu gün səhər Team Lotus komandası elan edib ki, Mark Smit komandanın texniki direktoru vəzifəsinin icrasına başlayıb. Texniki departamentin başçısı […]

Bu gün səhər Team Lotus komandası elan edib ki, Mark Smit komandanın texniki direktoru vəzifəsinin icrasına başlayıb. Texniki departamentin başçısı Mayk Qaskoynun tabeçiliyində Smit bu gündən Lyuis Batlerlə (baş konstruktor), Mərian Hinsonla (aerodinamika şöbəsinin başçısı), Diter Qassla (baş konstruktorun müavini) və Elliot Deyson Barberlə (təhqiat şöbəsinin başçısı) birlikdə işləyəcək. Onlar T128-i təkmilləşdirməklə yanaşı, gələn mövsüm üçün yeni maşını da hazırlayacaqlar…

Mark Smit: “Mən Team Lotus-un qarşıma qoyduğu vəzifələrin icrasına ruh yüksəkliyi ilə başlayıram. Komandanın bazasına baş çəkdim və gördüklərim mənə xoş təsir etdi.

Karyeram boyu mən müxtəlif maraqlı layihələrlə məşğul olmuşam, Jordan, Renault, Red Bull və Force İndia kimi komandalarda çalışmışam, qələbə hissi yaşamışam. İndi məqsədim bu hissi Team Lotus-la yaşamaqdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 240
Teqlər
Paylaş

logo