Montoya: Maşın yaxşı nəticə göstərməsə, Stroll gedəcək

Keçmiş Formula1 sürücüsü Xuan Pablo Montoya hesab edir ki, komanda ciddi irəliləyişə nail olmasa, Ləns Stroll Aston Martin-dən ayrılacaq…

Xuan Pablo Montoya: “Maşın sürətli olmasa, Stroll gedəcək. Əgər gələn il maşın yaxşılaşmasa, 2028-ci ildə Aston Martin-də hər iki sürücü yeri boşalacaq.

Hamı ümid edir ki, Ədrian Nyui və Honda rəqabətədavamlı maşın hazırlayacaqlar. Ləns uzun illərdir Formula1-də yarışır və əgər vəziyyətin yaxşıya doğru dəyişmədiyini anlasa, çətin ki, davam etmək istəsin.

Tez ya gec, Aston Martin starta Ləns Stroll olmadan çıxacaq. Bəlkə də bu, artıq gələn il baş verəcək, ya da bir il sonra”.

,