Monakoda tunelin çıxışındakı baryerin yeri dəyişdiriləcək

FİA Monako trasının konfiqurasiyasına düzəlişlər etməyi planlaşdırır – sıralanma turunda Serxio Peresin çırpıldığı tunlein çıxışındakı qoruyucu baryer bir qədər geriyə […]

FİA Monako trasının konfiqurasiyasına düzəlişlər etməyi planlaşdırır – sıralanma turunda Serxio Peresin çırpıldığı tunlein çıxışındakı qoruyucu baryer bir qədər geriyə çəkiləcək.

Baryer iyirmi metr geriyə çəkiləcək, bunun üçün baryerin arxasında dayanan maşınların evakuasiyası və telekameralar üçün nəzərdə tutulan qaldırıcı kran oradan götürüləcək. Bundan artıq məsafəyə baryeri çəkmək mümkün deyil, çünki bulvarda bitən ağaclar buna mane olur.

Britaniyalı jurnalist Adam Kuperin bildirdiyinə görə, Monako avtoklubunda kranın həmin yerdən götürülməsinin əleyhinə olublar, amma FİA-nın arqumentləri həlledici olub – bu sahədə qəza zamanı qırmızı bayraqların dalğalanması və ya Təhlükəsizlik Maşının trasa çıxması qaçılmazdır, ona görə də maşınların evakuasiyası üçün başqa texnika cəlb oluna bilər.

FİA Peresin qəzasından sonra şənbə gecəsi kranı həmin yerdən götürmək istəyirmiş, amma bir neçə saat ərzində baryeri söküb yeni yerdə qurmaq mümkün olmayıb, 2012-ci ildə isə hər şey dəyişəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*