C.Batton: “Amerikanın mədəniyyətini sevirəm”

Censon Batton bu həftəsonu keçiriləcək ABŞ QP barədə danışıb və Amerika yarışını səbirsizliklə gözlədiyini deyib.

F-1.az xatırladır ki, Censon Battonun Amerika yarışları ilə bağlı xoş xatirələri var və britaniyalı sürücü ABŞ-ın atmosferini və fanlarını sevdiyini deyib.

Censon Batton Suzukadakı bərbad yarışı unutmaq üçün səbirsizliklə həftəsonunu gözlədiyini deyib: “Yenidən Ostində trasa çıxmaq üçün səbirsizlənirəm. Son dövrlər Amerikada çox olmuşam. Burada fanlar mükəmməldirlər. Onların önündə yarışmaq həzz verir. Buranın mədəniyyətini də sevirəm. Sizə istiqanlı münasibət göstərirlər. Yeməkləri də dadlıdır. Bolidi yarış üçün ən yaxşı formada hazırlamalıyıq. Burada yarışmaqdan həzz almaq istəyirəm. Ümid edirəm ki, azarkeşlərimizə Suzukadakı bərbad həftəsonunu unutdura bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*