Monako Qran Prisinin tarixi dəyişəcək

Biz artıq xəbər vermişdik ki, gələn mövsümün 19 yarışdan ibarət olan təqviminin ilkin versiyası Formula1 komandaları təfəfindən birmənalı qarşılanmayıb. Hər […]

Biz artıq xəbər vermişdik ki, gələn mövsümün 19 yarışdan ibarət olan təqviminin ilkin versiyası Formula1 komandaları təfəfindən birmənalı qarşılanmayıb. Hər şeydən əvvəl komandalar Monako və Türkiyə Qran Priləri arasında birhəftəlik fasilədən narazı qalmışdılar: bu fasilə logistika ilə əlaqədar ciddi çətinliklərə səbəb olacaq, çünki komandalar maşın və avadanlıqları 2-3 günə Monakodan İstanbula gətirə bilməyəcəklər.

Bir həftə əvvəl Suzukada bu məsələ FOTA-nın iclasında müzakirə olunmuşdu, bundan sonra assosiasiyanın vitse prezidenti Con Hauett bildirmişdi ki, “biz 19 yarışlıq təqvimin rahat versiyasını istəyirik, amma hazırda Monako və Türkiyə yarışlarının tarixi real deyil.” Belə bir vəziyyətdə Monako Qran Prisinin təşkilatçıları tarixdə görünməmiş addım ata bilərlər və yarışın tarixini dəyişə bilərlər: adətən, yarışın tarixi milli bayramla üst-üstə düşürdü. İstisna deyil ki, yarış təqvimin ilkin versiyasında olduğu kimi mayın 23-də deyil 16-da baş tutacaq.

Əgər Kanada Qran Prisi baş tutmasaydı, Türkiyə yarışını bir həftə sonraya keçirmək olardı, amma, deyəsən, Berni Ekklstoun Monreal yarışının təşkili məsələlərini tam həll edə bilib, ona görə də Monako Qran Prisinin vaxtı dəyişdiriləcək.

Xatırladaq ki, Monakodan bir həftə əvvəl, mayın 9-da İspaniya Qran Prisi keçiriləcək: Barselonadan knyazlığa yol böyük vaxt tələb etmir. Ən uzağı ispan mərhələsinin də vaxtını bir həftə əvvələ çəkmək olar, çünki təqvimdə əvvəlki Çin Qran Prisindən sonra üçhəftəlik fasilə nəzərdə tutulub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*