İstisna deyil ki, Pedro yenə də Peresi əvəz edəcək

Əgər Serxio Peres Avropa Qran Prisinə qədər sağalmasa, çox güman ki Pedro de la Rosa Kanadada olduğu kimi meksikalı sürücünü […]

Əgər Serxio Peres Avropa Qran Prisinə qədər sağalmasa, çox güman ki Pedro de la Rosa Kanadada olduğu kimi meksikalı sürücünü əvəz edəcək. Monrealda debütant sürücü cümə sərbəst yürüşlərindən sonra özünü pis hiss etmişdi – iki həftə əvvəl Monakoda sıralanma turunda keçirdiyi qəzanın təsiri tam getməyibmiş.

Sauber komandasının icraçı direktoru Monişa Kaltenbornun sözlərinə görə, hazırda Peres Meksikadadır və növbəti yarışa hazırlaşır…

Monişa Kaltenborn: “Serxio özünü normal hiss edir. Biz onun Valensiyada starta çıxmasına mane ola biləcək səbəb görmürük.”

Amma Sauber-in texniki direktoru Ceyms Ki bildirib ki, əgər Peres yarışa qədər formasını bərpa edə bilməsə, de la Rosa da Avropa Qran Prisində start almağa hazırdır, çünki “Monrealda Pedro öz işinin öhdəsindən əla gəldi.”

Komandanın başçısı Peter Zauber hesab edir ki, bu vəziyyətdə komandanın rəsmi ehtiyat sürücüsü Esteban Qutyerresi sükan arxasına otuzdurmağın mənası yoxdur. Ondan bunun səbəbini soruşduqda Peter deyib: “Mən sualı başa düşürəm, amma özünüz bir qədər düşünsəniz, cavab sizə aydın olacaq:

Biz Estebana görə əmsuliyyət daşıyırıq, bizim onunla ikiillik müqaviləmiz var. Çox vacibdir ki, Esteban Formula1 dünyasına tədricən daxil olsun.

Kanadada sükan arxasına onu oturtmaq səhv addım olardı. Bunun heç bir mənası yox idi. Hazırda onun bütün diqqəti GP2 çempionatına yönəlib, orada inkişaf eləmək lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*