Monako Qran Prisində T.Kruz çıxış edəcək

Britaniyalı populyar müğənni və bəstəkar Tayo Kruz Monakoda yarışdan sonra Formula1 ulduzlarının toplaşdığı məşhur Amber Lounge gecəsində çıxış edəcək. Kruz […]

Britaniyalı populyar müğənni və bəstəkar Tayo Kruz Monakoda yarışdan sonra Formula1 ulduzlarının toplaşdığı məşhur Amber Lounge gecəsində çıxış edəcək. Kruz R’n’B janrında çalışır və onun mahnıları Atlantikanın hər iki tayında dəfələrlə hitlərə başçılıq ediblər: Kruz Castim Timberleyk, Britni Spirs, Rianna və Kayli Minouq kimi ulduzlarla işləyib.

Amber Lounge-un sahibi, keçmiş Formula1 sürücüsü Əddi İrvaynın bacısı Sonya İrvayn deyib ki, 2003-cü ildəki birinci gecədən başlayaraq, “Monako Qran Prisi gözəl atmosferi ilə fərqlənib və hər dəfə mən başa düşürəm ki, Formula1-in əfsanəsinə çevrilmiş bu şəhəri niyə sevirəm.”

Həmişəki kimi Amber Lounge-un proqramına ənənəvi moda nümayişi də daxildir: cümə günü axşam isə podiumda modellərin yerinə on Formula1 sürücüsü çalışacaq, o cümlədən, Felipe Massa və Niko Rosberq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*