M.Ferstappen komandasından razıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen Niderlandda komandasının strategiyasından razı qalıb.

F-1.az xatırladır ki, nidelrandlı sürüc üpouldan başladığı yarışda yaxşı performans göstərərək, mövsümdə 10-cu qələbəsini qazanıb. Hazırda o ən yaxın rəqibi Lekleri 109 xal qabaqlayır.

Maks Ferstappen: “Bütün yarış ərzində limitdə gedirdim. Komanda həm təhlükəsizlik, həm də virtual təhlükəsizlik maşını rejimində əla işlədi. Soft təkərlə əla tempim var idi.

Vətəninizdəki yarışı qazanmaq həmişə gözəl olur. Keçən il də belə oldu. Bu il də. Bizim üçün inanılmaz həftəsonu idi. Niderlanddakı yarışı qazandığımız üçün xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*