M.Mosli kompromis təklif edir

FİA prezidenti Maks Mosli FOTA üzvü olan komandalara məktub göndərib və onları gələn mövsüm çempionatda iştirak etmək üçün təcili olaraq […]

FİA prezidenti Maks Mosli FOTA üzvü olan komandalara məktub göndərib və onları gələn mövsüm çempionatda iştirak etmək üçün təcili olaraq şərtsiz ərizə verməyə çağırıb, yalnız bu halda onlar yeni reqlamentin son variantının tərtib olunmasında iştirak edə bilərlər. Türkiyə uik-endi gərgin keçib və nəhayət, bazar ertəsi Mosli komandalara cavab verib, həm də onun məktubunun tonundan görünür ki, Maks barışıq mövqeyi tutub.

Moslinin yazdığına görə, əgər komandalar həqiqətən bu idmanın gələcəyini təyin etmək istəyirlərsə, onda ərizələrində irəli sürdüyü şərtlərdən əl çəkməlidirlər. Federasiyanın prezidenti hesab edir ki, yeni qaydalara düzəlişlər edilməsi üçün komandalar əvvəlcə şərtsiz ərizə verməlidirlər, sonra isə yeni reqlamentin üzərində işə başlamaq olar. Məktubunda Mosli Ferrari, McLaren, BMW Sauber, Renault, Red Bull Racing, Toro Rosso, Toyota və Brawn GP komandalarına iyunun ikinci yarısında qaydaları müzakirə etmək üçün danışıqlar stolu arxasına oturmağı təklif edir. Faktiki olaraq o gözləyir ki, komandalar artıq bu gün gələn mövsüm starta çıxmaq arzusunda olduqlarını təsdiq etsinlər.

Maks Mosli: “Beynəlxalq İdman Kodeksinin 66-cı Maddəsinə əsasən, biz qaydaları ərizə vermiş bütün iştirakçıların razılığı olmadan dəyişə bilmərik. Amma biz dəyişikliklərə yalnız bütün komandaların ərizələrini aldıqdan sonra başlaya bilərik. Beləliklə sizə seçim azadlığı verilib: namizəd qismində bu prosesdə iştirak etmək – ərizəsi təsdiq olunmuş və ya olunmamış. Amma gələn il çempionatın startına çıxmaq üçün ərizə şərtsiz verilməlidir.

Bu aydın məsələdir ki, sizin işinizdir, amma ən qısa yol ondadır ki, bütün iştirakçıların eyni qaydalarla yarışmaları üçün onların hamısının büdcənin məhdudlaşdırılmasına razılaşması gərəkdir. Yəni bütün tərəfləri razı salacaq təkliflər hazırlamaq lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*