Rəsmən: Bottas daha bir il Mercedes-də

Mercedes komandası Valtteri Bottasla olan müqaviləni daha bir il uzadıb.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Okonla Bottas arasında qərarsız qalmışdılar. Lakin belə görünür ki, son 5 ilin çempionları finlandıyalı sürücüyə daha 1 il şans vermək istəyirlər.

Qeyd edək ki, Bottas karyerasına 2013-cü ildə Williams komandasında başlayıb və 2017-ci ildə Mercedes-ə keçib. 30 yaşlı sürücünün aktivində 5 qələbə var.

Valtteri Bottas: “Komanda ilə dördüncü mövsümümü keçirəcəm və xoşbəxtəm. Mənə güvəndikləri üçün Mercedes-in rəhbərliyinə təşəkkür edirəm. Performansım illər keçdikcə yaxşılaşır. İndi isə mövsümün ikinci yarısına fokuslana bilərəm. Hədəfim Formula1 üzrə Dünya Çempionu olmaqdır və buna inanıram. Bu hədəfə çatmaq üçün Mercedes ən doğru yerdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*