Avstriya-2017: DHL Fastest Pit Stop Award

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

F-1.az xəbər verir ki, Bakıda heç ilk onluğa düşə bilməyən Williams komandası yenidən zirvəyə qayıdıb – komandanın mexanikləri Strollun maşınına cəmi 2.18 saniyədə xidmət göstəriblər ki, bu da daha enli təkərlərlə göstərilən ən yaxşı nəticəyə cəmi 0.1 saniyə uduzub (Kanadada Strollun maşınının 4 təkəri 2.17 saniyədə dəyişdirilmişdi). Felipe Massanın pit-stop əməliyyatı isə 2.21 saniyə davam edib. Beləliklə komanda Şpilberqdə ən sürətli iki pit-stopa imza ataraq dubl edib.

Üçüncü ən yaxşı nəticə Mercedes mexaniklərindən gəlib. Williams-dan başqa ilk onluğa iki nəticə ilə düşən digər komanda Ferrari olub. Sauber cari mövsümdə bu göstəriciyə görə ilk dəfə fərqlənə bilib. Renault isə hələ də susur…

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
Williams 40 25 31 20 12 12 25 0 43 213
Mercedes AMG 26 1 8 20 40 33 30 12 15 185
Red Bull 6 27 19 25 18 25 8 18 10 156
Ferrari 11 20 10 1 6 1 16 25 14 104
Force İndia 6 12 30 4 1 4 17 27 0 101
Toro Rosso 12 10 1 20 20 10 0 1 12 86
Haas 0 6 0 0 4 8 0 12 4 34
McLaren 0 0 2 6 0 8 5 6 2 29
Sauber 0 0 0 0 0 0 0 0 1 1
Renault 0 0 0 0 0 0 0 0 0 0
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*