M.Mosli komandaların şərtlərini qəbul etməyə hazır deyil

FOTA və FİA prezidenti Maks Mosli arasındakı qarşıdurmada kiçik sakitlikdən sonra müzakirələr yenə də davam edib. Hazırkı komandalar gələn ilin […]

FOTA və FİA prezidenti Maks Mosli arasındakı qarşıdurmada kiçik sakitlikdən sonra müzakirələr yenə də davam edib. Hazırkı komandalar gələn ilin çempionatında iştirak etmək üçün ərizə veriblər, amma müəyyən şərtlər irəli sürüblər – reqlamentin sabitliyi və iyunun 12-də Razılıq MÜqaviləsinin imzalanması. İsveçrənin Motorsport Aktuell həftəliyinə müsahibəsində Mosli bildirib ki, bu tələblər onu qane etmir…

Maks Mosli: “Bilirsiniz, Monakoda məni təəccübləndirən o idi ki, məsrəflərin azaldılması üçün danışıqları onlar Briatorenin bahalı yahtasına toplaşıb həll edirlər. Çox güman ki, son anda ərizə verməklə komandalar yeni iştirakçılara mane olmağa çalışıblar. Qaydaları FİA müəyyən edir, son altmış ildə belə olub, gələcəkdə də belə olacaq, FOTA-nın şərtləri isə reallıqdan uzaqdır – Razılıq Müqaviləsi iyunun 12-də imzalana bilməz, çünki müqavilə çox gec müzakirəyə çıxarılıb.”

İyunun 12-də komandaları vacib qərar gözləyir, amma bəzi məsələlər bu həftə Türkiyədə müzakirə olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*