Barwa Addax Formula1-ə olan marağını təkzib edib

FİA-nın vəkilləri Fransa Məhkəməsində ayaln danışıblar, yoxsa həqiqəti söyləyiblər, amma gələn ilin çempionatında iştirak etmək arzusunda olan səkkiz komandadan biri […]

FİA-nın vəkilləri Fransa Məhkəməsində ayaln danışıblar, yoxsa həqiqəti söyləyiblər, amma gələn ilin çempionatında iştirak etmək arzusunda olan səkkiz komandadan biri bu gün Formula1-ə olan marağını təkzib edib. GP2 seriyasında çıxış edən keçmiş Campos Racing, hazırkı Barwa Addax komandası mətbuatda gedən məlumatları yalan adlandırıb…

Rəsmi bəyanatda deyilir: “Bu gün GP2 seriyasında çıxış edən Barwa Addax komandası hazırda gələn ildən Formula1-də çıxış etmək üçün yeni layihınin hazırlanması planlarına malik deyil. Biz yayılan şayiələrlə əlaqədar narahatlıqdan uzaq olmağa çalışırıq.”

Amma bu bəyanat məsələni bağlamağa kifayət etmir – FİA-nın vəkilləri yeni komandanın adını Campos Racing söyləmişdilər, bu ad isə Formula1-in keçmiş sürücüsü Adrian Kamposa məxsusudur, Adrian keçən diqqətini F3 çempionatına yönəltsə də demişdi ki, “daha bir perspektivli layihə” üzərində işləyir. Bu layihənin təfərrüatları heç kimə məlum deyildi, bəlkə elə Formula1-də çıxış nəzərdə tutulurdu?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*