21 Sentyabr 2019, Şənbə - 13:11

Malayziya 2018-ci ildən sonra Formula1-dən ayrılır

Malayziya 2018-ci ildən sonra Formula1-dən ayrılır

Müəllif: Rauf Hacıyev, redaktor

17:45 - 21 Noyabr, 2016

Malayziyanın turizm və mədəniyyət naziri Nəzri Əbdul Əziz bildirib ki, 2018-ci ildə Formula1 ilə bitən müqaviləni uzatmayacaqlar.

F-1.az xatırladır ki, Malayziya QP-nin məsulları bildirmişdilər ki, bilet satışları zəif gedir və buna görə də Formula1-dən ayrıla bilərlər.

Malayziyanın idman və gənclər naziri Xayri Camaluddin Formula1-in çox bahalı olduğunu və artıq daha populyar olan MotoGP-yə fokuslanmaq istədiklərini demişdi.

Sepanqın Formula1 ilə olan müqaviləsi 2018-ci ildə bitəcək və Malayziyanın turizm və mədəniyyət naziri Nəzri Əbdul Əziz yeni müqavilə imzalamayacaqlarını bildirib: “Hazırkı müqavilə 2016-2018-ci illəri əhatə edir. Müqavilə bitəndən sonra yarış olmayacaq. Formula1 artıq cəlbedici deyil. Yarışın təşkilatı üçün hər il 97 milyon dollar xərc çəkirik. Formula1-ə ev sahibliyi etmək xərcləri son 20 ildə 10 dəfə artıb”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 244
Teqlər , , ,
Paylaş

logo