14 Noyabr 2019, Cümə axşamı - 18:09

M.Uebber Sydney Motorsport Park-ın rekordunu təzələyib

M.Uebber Sydney Motorsport Park-ın rekordunu təzələyib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:24 - 13 Mart, 2013

Arxada qalan istirahət günləri Mark Uebber Sidneydə Top Gear Live şousunda iştirak edib. Sydney Motorsport Park-da baş tutan şounun aparıcları […]

Arxada qalan istirahət günləri Mark Uebber Sidneydə Top Gear Live şousunda iştirak edib. Sydney Motorsport Park-da baş tutan şounun aparıcları həmişəki kimi Ceremi Klarkson və Ceyms Mey olublar.

Şənbə günü avstraliyalı sürücü 2011-ci ilin RB7 maşınının sükanı arxasına oturub, nümayiş təkərləri taxılmış maşınla bir neçə dövrə vurub. Onun əsas məqsədi A1GP maşınında Niko Hülkenberqin göstərdiyi rekordu qırmaq olub.

Bir neçə uğursuz cəhddən sonra Mark rekordu təzələyə bilib – 1:15.218. Bazar günü Uebber yenidən trasa çıxıb və trasın yeni rekorduna imza atıb – 1:13.606.

Mark Uebber: “Mən hələ dünən bilirdim ki, daha sürətli ola bilərəm. Amma bu gün gözlədiyimiz nəticəni göstərə bildik. Şouya çoxlu tamaşaçı toplaşmışdı, mən yeni rekordu onlara həsr edirəm.”

Bundan başqa, Mark öz maşınında Red Bull-un dəstəklədiyi sürücülərlə də yarışıb. Mark keçmiş motosiklet sürücüsü Keysi Stouneri, V8 Supercar seriyasının sürücüləri Kreyq Loundesi və Ceymi Uinkapı qabaqlayıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 434
Teqlər , , , , , , , , , ,
Paylaş

logo