M.Hakkinen: “Mən də mələk olmamışam”

Formula1-in ikiqat dünya çempionu Mika Hakkinen çempionatı 2001-ci ilin sonunda tərk edib, amma əvvəlki kimi çempionatda baş verənləri diqqətlə izləyir. […]

Formula1-in ikiqat dünya çempionu Mika Hakkinen çempionatı 2001-ci ilin sonunda tərk edib, amma əvvəlki kimi çempionatda baş verənləri diqqətlə izləyir. Bu il finlandiyalı sürücünün yarışlara marağı hətta artıb, axı onun keçmiş rəqibi Mixael Şumaher trasa qayıdıb.

Amma finlandiyalı çempion titula əsas rəqib kimi digər alman sürücünü – Sebastyan Fetteli görür…

Mika Hakkinen: “Heç tərəddüd etmirəm ki, məhz Fettel hazırda nömrə birdir. O çox yaxşıdır, əla sürət nümayiş etdirir, bu zaman əlavə danışıqlara və narazılıqlara vaxt itirmir. Onun planı sadədir – Qran Priyə gəlmək və qələbə qazanamq.

Amma nəticə çıxarmaq hələ tezdir. Bir az gözləmək lazımdır ki, başa düşək – payızda titul uğrunda kim mübarizə aparacaq. Hazırda hamı maşınını təkmilləşdirir, hamı sürətli olmağa çalışır. Sürücülər arasında dünya çempionları da çoxdur, onlar hamısı yaxşı bilirlər ki, titul qazanmaq üçün nə etmək lazımdır – o cümlədən, Mixael Şumaher.

Mən onun qayıtmaq qərarını dəstəkləyirəm. Vaxtılə bizim əla yarışlarımız, mübarizələrimiz olub. O zaman bir çox rəqiblərimiz Mixaelin trasdakı hərəkətlərini tənqid edirdilər, amma mən, adətən, belə söhbətlərə qatılmırdım.

Mən hadisələrə başqa cür baxırdım və bütün dünyaya onun hərəkətləri barədə danışmağa lüzum görmürdüm – axı bu heç nəyi dəyişməyəcəkdi. Mən çox vaxt onun trasdakı hərəkətləri ilə razılaşmırdım, amma bu barədə heç vaxt danışmırdım və imkan vermirdim ki, mənim sözlərimi qəzetlərə başlıq kimi çıxarsınlar.

Elə mənim özüm də mələk deyildim – amma trasda 300 km/saat sürətlə gedəndə ağlın başında olmalıdır və nə özünün, nə də rəqiblərinin həyatlarını riskə qoymamalısan.

Mən yarışlardan getdikdən sonra hər şey dəyişib, hər şey çətinləşib. Mənim vaxtımda hər şey daha asan idi, indi isə artıq Formula1-ə düşmək çox çətindir – indi siyasət və pul ön plana çəkilib.

İndi sürücülər texniki məsələləri daha yaxşı başa düşürlər, maşının necə işləməsindən başları çıxır. Hətta Formula1-ə düşmək üçün aralarında gərgin mübarizə gedir.

Hərçənd, Formula1-in əsas meyarı dəyişməyib – bu əla tamaşadır. Xüsusən də, bu idmanı, sürəti sevənlər üçün. Yarışlar da əvvəlki kimi izlənilir. Sadəcə insanlar yarışları daha yaxşı başa düşməlidirlər – başa düşməlidirlər ki, sürücülər və komandalar nə edirlər.

Bunu öyrənmək lazımdır. Əgər sən sadəcə televizorun qarşısında oturub maşınlara baxırsansa, sən tezliklə darıxacaqsan. Amma indi texniki məlumat əldə etmək daha asanlaşıb, maşının üzəri də kameralarla doludur. Sən yarış zamanı nə qədər çox məlumat alsan, yarışa baxmaq bir o qədər maraqlı olur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*