23 Oktyabr 2019, Çərşənbə - 16:54

Mercedes: Təqdimata hər şey hazırdır (video)

Mercedes: Təqdimata hər şey hazırdır (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:57 - 25 Yanvar, 2010

Bu gün yerli vaxtla saat 11:00-da Mercedes-in Ştutqartdakı muzeyində yeni Mercedes GP maşınının təqdimat mərasimi başlayacaq. Mərasimə toplaşmış 600 çağırılmış […]

Bu gün yerli vaxtla saat 11:00-da Mercedes-in Ştutqartdakı muzeyində yeni Mercedes GP maşınının təqdimat mərasimi başlayacaq. Mərasimə toplaşmış 600 çağırılmış qonaq, şirkətin əməkdaşları və 250 jurnalist əfsanəvi “gümüşü oxlar”ın dirçəlməsinin şahidi olacaqlar.

Mərasimə iki saat qalmış muzeyin holunda Mixael Şumaher və Niko Rosberq görünüblər, DaimlerMercedes-in rəhbərliyi, komandanın nümayəndələri artıq burda idilər. Jurnalistlərə bir daha bildirilib ki, onlar yeni maşını görməyəcəklər, onlara yalnız yeni maşının rəng çalarları göstəriləcək, testlərə qədər qalmış bir həftədə komanda yeni maşın üzərində işini davam etdirəcək…

Norbert Hauq: “Yeni maşın bazar günü hazır olacaq və dərhal testlərə göndəriləcək, amma bizim təqdimat üçün kifayət qədər səbəblərimiz var: biz “gümüşü oxlar”ın yeni rəng çalarlarını göstərmək və yeni sponsorumuz – Petronas şirkətini təqdim etmək istəyirik.

Yeni rəng çalarının hazırlanmasında Mercedes-in dizayn mərkəzinin mütəxəssisləri də çalışıblar və biz alınan nəticə ilə fəxr edirik. Siz çox təəccüblənəcəksiniz. 1934-cü ildə tarixi “gümüşü oxlar”dan bütün rəngi silmişdilər ki, maşınlar yüngülləşsin. Bizim maşın həmin hadisəni xatırladır. Korpusun bəzi hissələrində yerlər var ki, karbon görünür. Əlbəttə, Mercedes-in loqotipi də olacaq, üçşüalı ulduzu da. Şəxsən mənim çox xoşuma gəlir!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 298
Teqlər
Paylaş

logo